Azərbaycanda yeni nəsil rəqəmsal imza təqdim edilib
Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC yeni nəsil rəqəmsal imzanın təqdimatını keçirib.
YeniAvropa xəbər verir ki, SİMA adlı rəqəmsal imza dövlət-özəl tərəfdaşlığı çərçivəsində - “Svort Technologies" və “Sinam” MMC-lərlə birgə hazırlanıb.
Tədbirdə çıxış edən nazirin müşaviri Rəşad Bayramov deyib ki, yeni nəsil rəqəmsal imza ölkədə rəqəmsal transformasiya ilə bağlı görülən işlərin tərkib hissəsidir. SİMA vasitəsilə elektron hökumət xidmətləri, həmçinin banklar, bank olmayan kredit təşkilatları (BOKT), sığorta şirkətləri, mobil operatorlar, elektronika və məişət mağazaları, TV və internet provayderlər, bir sözlə elektron imza tətbiq olunan bütün sahələr üzrə xidmətlər, eləcə də məhsullar əldə etmək mümkün olacaq.
"Yeni məhsul Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirəcək, onlayn xidmətlərdən istifadəni təşviq edəcək", - deyə o, qeyd edib.
“AzInTelecom”un İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Elxan Əzizov deyib ki, SİMA yaxın vaxtlarda vətəndaşların istifadəsinə veriləcək və hər kəs üçün əlçatan olacaq. Onun sözlərinə görə, mobil tətbiq vasitəsilə işləyən yeni nəsil rəqəmsal imzanı mobil cihaza endirmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir.
“AzInTelecom”un kommersiya direktoru Ruslan Əliyev isə bildirib ki, üztanıma, “açıq açar” və bulud texnologiyalarını birləşdirən SİMA biometrik autentifikasiyaya əsaslanır. Belə ki, istifadəçinin mobil tətbiqlə skan etdiyi şəxsiyyət vəsiqəsinin həmin şəxsə aid olub-olmadığı test edilir. Test əməliyyatı mobil cihazın veb-kamerası vasitəsilə üztanıma əsasında canlı şəkildə həyata keçirilir. Şəxsiyyət vəsiqəsindəki məlumatlar həmin şəxsə aid olduqda istifadəçiyə imza sertifikatı təqdim edilir, əks halda isə sorğuya imtina cavabı verilir.
Tədbirdə bildirilib ki, SİMA xərclərinin azaldılması, vaxt itkisinin qarşısının alınmas, istənilən sistemə inteqrasiya oluna bilməsi, istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırması kimi üstünlüklərə malikdir. Daha sonra onun əldə edilmə proseduru nümayiş etdirilib.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb