logo

SOCAR-da I vitse-prezidentlərin sayı 2-yə çatdırılıb

21:22 10-02-2022 | icon 2653
SOCAR-da I vitse-prezidentlərin sayı 2-yə çatdırılıb

Prezident İlham Əliyev “Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli fərmanında dəyişiklik edib.

YeniAvropa xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Dövlət Neft Şirkətində (SOCAR) I vitse-prezidentlərin sayı 1-dən 2-yə çatdırılıb. Beləliklə, şirkətin rəhbərliyində təmsil olunan şəxslərin sayı 14-dən 15-ə yüksəlib. Bunlar prezident, 2 I vitse-prezident və 12 vitse-prezidentdir.