logo

İran Azərbaycanla Xəzərdə yeni yataq istismar etməyə hazırlaşır

20:40 10-02-2022 | icon 4221
İran Azərbaycanla Xəzərdə yeni yataq istismar etməyə hazırlaşır

Xəzərin hüquqi statusu haqqında Konvensiya İran parlamenti tərəfindən ratifikasiya edildikdən sonra İran Xəzərin enerji resurslarının birgə işlənməsi haqqında substantiv danışıqlar apara bilər.

YeniAvropa xəbər verir ki, bunu İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi İran İslam İnqilabının qələbəsinin 43 illiyi və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, 2021-ci ilin sonlarında Aşqabadda İran və Azərbaycan liderinin görüşündən sonra ikitərəfli münasibətlərdə siyasət, iqtisadiyyat, təhlükəsizlik, mədəniyyət və s. sahələri əhatə edən irəliləyiş baş verib.

Diplomat qeyd edib ki, İranda Xəzərin hüquqi statusu haqqında Konvensiyanın təsdiq edilməsi prosedurunun bütün mərhələləri keçib və son mərhələdə onun parlamentdə ratifikasiyası gözlənilir.

"Bu məsələnin həllindən sonra biz enerji mənbələrinin birgə istismarından rahat danışa bilərik. Eyni zamanda, fikir ayrılıqları olmayan bir mənbə var və o, ikitərəfli və çoxtərəfli əsaslarla işlənə bilər", -deyə səfir bildirib.

Söhbətin məhz hansı yataqdan, yaxud strukturdan getdiyini dəqiqləşdirməyən diplomat tezliklə bu enerji mənbəyinin adının açıqlanacağını vurğulayıb.