logo

Nazirlik "Bazarstore" rəhbərliyinə məcburi göstəriş verdi

19:28 10-02-2022 | icon 1792
Nazirlik "Bazarstore" rəhbərliyinə məcburi göstəriş verdi

Paytaxın Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində havaya qara tüstünün atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

YeniAvropa xəbər verir ki, bu barədəXidmət rəsmisi Vaqif Cavadov məlumat verib.

V.Cavadovun sözlərinə görə, araşdırma zamanı sözügedən ünvanda fəaliyyət göstərən “Bazarstore” marketə məxsus generatorda səhər saatlarında baş verən nasazlıq səbəbindən atmosferə qara tüstünün atıldığı müəyyən edilib: "Faktla bağlı akt tərtib olunub. Generatorda baş verən nasazlığın tez bir zamanda aradan qaldırılması və belə hallara yol verilməməsi üçün marketin rəhbərliyinə məcburi göstəriş verilib".