Bakının üç rayonunda suyun verilməsi məhdudiyyətlərlə olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib.
Qeyd edilib ki, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar fevralın 10-da axşam saatlarından başlayaraq təmir-bərpa işləri yekunlaşanadək Bakı şəhəri Sabunçu, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.