logo

Evinə elektrik və qaz xətti çəkilməyən Goranboy sakini özünü yandırdı

20:40 09-02-2022 | icon 1764
Evinə elektrik və qaz xətti çəkilməyən Goranboy sakini özünü yandırdı

Bu gün Goranboy rayonu, Kəpənəkçi kənd sakini 1996-cı il təvəllüdlü Sərdar Həsənov özünü yandırmağa cəhd edib.

YeniAvropa xəbər verir ki, bu intihar cəhdinin qarşısı alınıb. S.Həsənov yüngül yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilib.

Məlumata görə, S.Həsənov yaşadığı evə elektrik enerjisinin və qaz xəttinin çəkilməməsinə etiraz olaraq bu addımı atıb. 

Goranboy rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sakin dəfələrlə icra başçısının və RİH-nin məsul əməkdaşlarının qəbulunda olub: “Ona hər dəfə dəstək göstərilib, problemləri dinlənilib və kömək edilib”.

Faktla bağlı araşdırma aparılır.