Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” İdarə Heyətinin sədri Səlcuq Bayraktar Bakıda Hərbi Qənimətlər Parkını ziyarət edib.
YeniAvropa xəbər verir ki,o, bununla bağlı özünün "Twitter" hesabında məlumat paylaşıb.
"Qarabağ müharibəsi zamanı ələ keçirilən hərbi texnikaların nümayiş etdirildiyi Qənimətlər Parkında olduq. Bu münasibətlə bir daha qələbə memarlarını, bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi isə minnətdarlıqla yad edirik. Qələbə görə Rəbbimizə şükürlər olsun!", - deyə Səlcuq Bayraktar paylaşımında qeyd edib.