logo

Məhkəmə 15 yaşlı qızla evlənən şəxsi polisin nəzarəti altına verdi

12:30 09-02-2022 | icon 1834
Məhkəmə 15 yaşlı qızla evlənən şəxsi polisin nəzarəti altına verdi

Xəzər rayon Məhkəməsi Bakıda yeniyetmə qızla evlənən 1993-cü il təvəllüdlü Mayıl Hadıyevlə bağlı qərar çıxarıb.

 YeniAvropa xəbər verir ki, məhkəmənin qərarına əsasən, onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xəzər rayon Polis İdarəsinin İstintaq idarəsi tərəfindən cinayət əməlində təqsirləndirilən M.Hadıyevin barəsində Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Hazırda başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib.

Xatırladaq ki,  fevralın 4-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi sakini 6 may 2006-cı il təvəllüdlü Nigar Rüstəmova (ad və soyad şərtidir) və bətnindəki döl ölüb. O, 10 ay əvvəl 1993-cü il təvəllüdlü M.Hadıyevlə ailə həyatı qurubmuş.