Şəkidə dəm qazından zəhərlənən ailə üzvlərini xilas edən ata dünyasını dəyişib.
YeniAvropa xəbər verir ki, hadisə şəhərin G.Vahabova küçəsində, fərdi yaşayış evində qeydə alınıb.
Belə ki, Zöhrə Hüseynova oğlu 11 yaşlı Kənan Hüseynlini hamamda yuyundurarkən hər ikisi dəm qazından zəhərlənib. Ailə başçısı, 47 yaşlı Vüqar Hüseynov arvadı və oğlunu mətbəxə gətirib, onlara ilk yardım edib.
Oğlunun qıc olduğunu, həyat yoldaşının yıxıldığını görən ailə başçısı, stress keçirib və ürəktutmadan vəfat edib.
Zəhərlənən ana və oğul isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafidir./ATV