Saatlıda iki qardaşı bıçaqlamaqda təqsirləndirilən Tərlan Mahmudovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
YeniAvropa xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Cavid Səfərlinin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.
Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrında Saatlıda baş verib. Belə ki, T.Mahmudov həmyerliləri - 1998-ci il təvəllüdlü Zeynal Zeynalzadə və onun qardaşı 2001-ci il təvəllüdlü İmanverdi Zeynalzadəni bıçaqlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və T.Mahmudov tutularaq istintaqa cəlb edilib.