logo

Bakıda qadın metro qatarının relsinə düşdü

22:10 08-02-2022 | icon 1638
Bakıda qadın metro qatarının relsinə düşdü

Metronun "Azadlıq Prospekti" stansiyasında orta yaşlı qadın qatar yoluna düşüb.

YeniAvropa xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün saat 21:54-də "Həzi Aslanov-Dərnəgül" reysi ilə hərəkət edən qatarın hərəkəti zamanı qeydə alınıb.

Qatar stansiyaya daxil olanda, qadın stansiya yoluna düşüb.

Təlimata uyğun olaraq, dərhal gərginlik çıxarılıb, təcili tibbi yardım çağırılıb. Qadın stansiya yolundan çıxarılıb. On dəqiqə sonra gərginlik verilib, qatar yola salınıb.

Bəxtiyar Məmmədov əlavə edib ki, qadın sağdır, hadisənin intihar yaxud ehtiyatsızlıqdan baş verdiyi araşdırılır.