logo

Azərbaycanda MTRŞ ləğv edilir, əvəzində Audiovizual Şura yaradılır

18:38 08-02-2022 | icon 1561
Azərbaycanda MTRŞ ləğv edilir, əvəzində Audiovizual Şura yaradılır

Azərbaycanda Milli Televiziya və Radio Şurası (MTRŞ) ləğv edilir, onun yerinə  Audiovizual Şura yaradılacaq.

 YeniAvropa xəbər verir ki, bu , prezident İlham Əliyevin fevralın 8-də imzaladığı “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərmanında öz əksini tapıb.

Fərmanda qeyd edilir ki, yeni yaradılacaq Audiovizual Şura Milli Televiziya və Radio Şurasının hüquqi varisidir, onun öhdəlikləri və əmlakı Şuraya keçir, MTRŞ-nin səlahiyyət müddəti bitməmiş üzvləri həmin müddət bitənədək fəaliyyətlərini davam etdirirlər, Şuranın strukturu və işçilərinin say həddi təsdiq edilənədək MTRŞ-nin Aparatı fəaliyyətini davam etdirir.

Şuranın strukturunun layihəsini və işçilərinin say həddinə (Milli Televiziya və Radio Şurası Aparatının işçilərinin say həddindən az olmayaraq) dair təkliflərini Maliyyə Nazirliyi ilə razılaşdırmaqla bir ay müddətində dövlət başçısına təqdim etməlidir.

Nazirlər Kabinetinə iki ay müddətində Azərbaycan Respublikası Audiovizual Şurasının yaradılması ilə əlaqədar normativ hüquqi aktların uyğunlaşdırılması ilə bağlı təkliflərini dövlət başçısına təqdim etmək, Şuranın inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini bir ay müddətində həll etmək tapşırılıb.