Bakıda Xüsusi qayğıya ehtiyacı olan insanlar üçün 4-cü Konqres keçiriləcək
Martın 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Regional İnkişaf İctimai Birliyi, Dayanıqlı Operativ Sosial Təminat Agentliyi və Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 4-cü “Fərqli Fərdlər” konqresi keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə “Caspian Event Organisers” şirkətindən bildirilib.
Qeyd edilib ki, “Fərqli Fərdlər” konqresinin qızıl sponsoru "BP" şirkətidir. Gümüş sponsor qismində isə “PMD Group” şirkəti çıxış edir. Tədbir həmçinin “Logos” Psixoloji və Nitq İnkişaf Mərkəzi, “CTS Translation”, “Black & Black Studio”, “Konfrans Services” və “AzExpoMontage” şirkətləri tərəfindən dəstəklənir. Konqresin təşkilatçıları “Caspian Event Organisers” (ceo.az) şirkəti və “Edutainment.az” təhsil strukturudur.
Spiker qismində tanınmış yerli və aparıcı beynəlxalq ekspertlər, ABŞ, Azərbaycan, İsrail, Latviya, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan və başqa ölkələrdən olan pedaqoq və metodistlər, həkimlər, psixoloq və psixoterapevtlər iştirak edəcəklər. “Fərqli Fərdlər” konqresinin prodüseri “Autistic city” ASP diaqnozlu insanlara dəstək mərkəzinin rəhbəri Antonina Steynberqdir.
Konqresin builki proqramına 5 sessiya daxildir: xüsusi insanların həyatının xüsusiyyətləri; inkişaf xüsusiyyətləri - rifah amili kimi ailə dəstəyi; xüsusi ehtiyaclar nəzərə alınmaqla səhiyyə xidmətinin əlçatanlığı və keyfiyyəti; xüsusi qayğıya ehtiyacı olan insanlar üçün təhsil və karyera; xüsusi qayğıya ehtiyacı olan insanlar üçün qabaqcıl texnologiyalar.
Tədbirdə xüsusi qayğıya ehtiyacı olan insanların təhsil proqramları, könüllülük və təcrübə proqramları, istedadların aşkarlanması proqramları, inklüziv işə qəbul, perspektivlər və digər mövzular müzakirə olunacaq.
İlk dəfə olaraq konqresdə “Uşaq serebral iflici (USİ): miflərin dağılması” mövzusuna toxunulacaq.
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib