logo

“Avrasiya" klinikası məhkəməyə verildi

15:35 08-02-2022 | icon 1645
“Avrasiya" klinikası məhkəməyə verildi

Paytaxtda yerləşən klinikalardan birinə cərimə protokolu yazılıb.

 YeniAvropa xəbər verir ki, “Avrasiya" klinikası MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulması) inzibati protokol tərtib edilib və baxılması üçün Nəsimi payon Məhkəməsinə göndərilib.

İş hakim Babək Pənahovun icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Xatırladaq ki, İXM-nin 496.1-ci maddəsi ilə yazılmış protokola əsasən, fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.