İstifadəyə yararsız 4 ton at və mal ətinin satmaq istərkən yaxalandılar
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları vətəndaşların ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, tədbir zamanı Xaçmaz rayonunda ət tədarükü məntəqəsi yaradıb heyvan kəsimi sexi görüntüsü adı altında pərdələnərək istifadəyə yararsız, ölü at və iribuynuzlu heyvan ətinin satışı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri məsuliyyətə cəlb ediliblər.
Toplanmış materiallar əsasında müəyyən olunub ki, Xaçmaz rayon sakini Azik Babayev başçılıq etdiyi dəstənin üzvləri Hatəm Bayramov və Yalçın Babalıyev ilə birlikdə ölmüş at və iribuynuzlu heyvanların ətinin toplanması, tədarükü və satışı ilə məşğul olublar. Azik Babayev bu məqsədlə Xaçmaz və ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən və ölmüş atları ucuz qiymətə alaraq Xaçmaz rayonunda yerləşən fermalarında toplayıb. Daha sonra orada dəstə üzvləri tərəfindən həmin heyvanların kəsimi həyata keçirilib. Qidaya yararsız at ətinin sümükləri ayrılandan sonra mal əti adı ilə Azik Babayev tərəfindən Bakıda fəaliyyət göstərən müxtəlif ictimai iaşə obyektlərinə satılıb.
Baş İdarənin əməkdaşları tərəfindən Azik Babayevə məxsus fermalara və saxlama yerlərinə baxış keçirilərkən qidaya yararsız, mənşəyi məlum olmayan 4 tondan artıq mal və at əti aşkarlanaraq maddi sübut kimi götürülüb. Aşkarlanmış ətin təyin olunmuş müvafiq ekspertizalarla istifadəyə tam yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olması təsdiq edilib.
Faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Dəstənin başçısı Azik Babayev və Hatəm Bayramov barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Mütəşəkkil dəstə ilə əlbir olan digər şəxslərin də müəyyənləşdirilərək saxlanılması və istintaqa cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib