Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,16 dollar azalaraq 99,14 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il sentyabrın 18-də 99 dollardan (99,54) baha satılıb.
Son üç ildə isə Azərbaycan neftinin maksimum satış qiyməti bu il fevralın 5-də qeydə alınıb- neftin 1 bareli 99,30 ABŞ dollarına satılıb.
Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil edib.