Türkiyə Sosial Müdafiə Qurumunun sədri Azərbaycanda səfərdədir
Türkiyə Respublikası Sosial Müdafiə Qurumunun (SGK) sədri Cevdet Ceylanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
YeniAvropa xəbər verir ki, fevralın 8-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev SGK-nın sədri Cevdet Ceylanın rəhbərlik etdiyi nümayəndə heyəti və Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağcı ilə görüşüb. Nümayəndə heyətində SGK-nın Ümumi Tibbi Sığorta Baş İdarəsinin rəhbəri Gökhan Tuna Öztürk, İdarənin Səhiyyə Xidmətləri departamentinin rəhbəri Eyup Sabri Tezcan, sosial müdafiə ekspertləri Tolga Bal və Yusuf Demirci təmsil olunur.
Qonaqları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edən Zaur Əliyev iki qardaş ölkə arasında əməkdaşlığın bütün istiqamətlərdə olduğu kimi səhiyyə və tibb sahələrini də əhatə etdiyini bildirib: “Qardaş ölkə həkim mütəxəssislərin müxtəlif ixtisaslar üzrə təhsil almasına, bilik və bacarıqlarının artmasına hər zaman böyük töhfə verir. Bu da əlbəttə ki, səhiyyənin inkişafı ilə yanaşı, iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynayır”.
Ötən il imzalanan Anlaşma Memorandumunun iki qurum arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından vacib olduğunu bildirən İdarə Heyətinin sədri, işgüzar səfərin məhsuldar keçməsi üçün nümayəndə heyətinə hər cür dəstək olmağa hazır olduğunu vurğulayıb və işlərində uğurlar arzu edib.
Səmimi görüşə görə təşəkkürünü bildirən Cevdet Ceylan Türkiyə Respublikasında əhalinin sağlamlığının qorunması istiqamətində görülən tədbirlər barədə məlumat verib: “2012-ci ildən tətbiq etməyə başladığımız icbari tibbi sığorta ilə biz cəmiyyətin bütün üzvlərinin iqtisadi gücündən və istəyindən asılı olmayaraq tibbi xidmətlərdən bərabər, əlçatan və effektiv faydalanmasını təmin edirik. Bunun nəticəsidir ki, Türkiyədə əhalinin 99 faizi universal tibbi sığorta ilə əhatə olunur”. Həmçinin C.Ceylan əlavə edib ki, öz ölkəsinin həmin sahədə əldə etdiyi 10 illik təcrübəsini qardaş ölkə ilə bölüşəcəyindən məmnundur.
Qeyd edək ki, Anlaşma Memorandumu çərçivəsində imzalanan 3 illik Fəaliyyət Planının builki mövzusu “İcbari tibbi sığortanın maliyyələşdirilməsi və informasiya texnologiyalarının tətbiqi”dir. Fevralın 10-dək davam edən səfər müddətində nümayəndə heyəti mövcud qanunverici baza, qurumların aktuar balansları, sığortahaqqının müəyyən edilməsi, həvəsləndirici əlavələrin tətbiqi ilə bağlı məlumat əldə edəcəklər. Fəaliyyət Planının icrası məqsədilə görülən tədbirlər çərçivəsində icbari tibbi sığortanın tətbiqinin Türkiyə təcrübəsinə əsaslanaraq təkmilləşdirilməsinə dair təkliflər hazırlanacaq.
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib