Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində Agentliyin icraçı direktoru Aygün Əliyeva fəal gənclərlə görüşüb.
YeniAvropa xəbər verir ki, görüşdə Prezident mükafatçıları Azər Əliyev və Səyyarə Gülalıyeva, fəal gənclər Toğrul Babaşzadə, Cəmilə Məmmədli, Orduxan Qəhrəmanzadə, Ramtik Əlizadə, Rolan Yusifov, Azelma Ağakişiyeva, Ülviyyə Axundova, Şəhla Talıbzadə, Ruslan Qasımov, Əfsanə Surxaylı, Orucəli Abbaszadə iştirak ediblər.
İcraçı direktor gəncləri salamladıqdan sonra onları Gənclər Gününün 25 illiyi münasibəti ilə təbrik edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətini bu gün Müzəffər Ali Baş Komandanın uğurla davam etdirdiyini, gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdiyini qeyd edib.
Aygün Əliyeva Agentliyin məqsəd və vəzifələri haqqında məlumat verib. Agentliyin fəaliyyətində gələcəkdə birgə əməkdaşlıq və QHT-lərlə iş sahəsinə yeniliklərin gətirilməsində gənclərin təcrübəsindən yararlanma hallarının nəzərdə tutulduğunu bildirib. İcraçı direktor ictimai iştirakçılığın təmin edilməsində fəal gəncləri aktiv olmağa dəvət edib və bildirib ki, bu məsələlərdə onların xüsusi rolu və kifayət qədər potenasialları var.
Görüşdə Agentliyin əməkdaşı Toğrul Məmmədli Agentliyin fəaliyyəti, gələcək priorotetləri barədə təqdimat edib.
Sonra gənc fəallarla qarşılıqlı fikir mübadiləsi aparılıb