logo

Qaradağ rayonunda evdən 39 yaşlı qadının meyiti tapılıb

16:32 07-02-2022 | icon 1785
Qaradağ rayonunda evdən 39 yaşlı qadının meyiti tapılıb

Fevralın 7-də Qaradağ rayonunda 1983-cü il təvəllüdlü Qənaət Fərmanovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə aşkarlanması barədə rayon prokurorluğuna məlumat verilib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. İş üçün əhəmiyyət kəsb edən maddi sübutlar hadisə yerində aşkarlanıb və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Meyit məhkəmə-tibb ekspertinin iştirakı ilə müayinə olunarkən üzərində kəsici alətlə yetirilməyə xarakterik çoxsaylı xəsarətlər aşkarlanıb.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.