logo

Azərbaycanda 3 tanınmış market məhkəməyə verildi

15:15 07-02-2022 | icon 1855
Azərbaycanda 3 tanınmış market məhkəməyə verildi

Azərbaycanda tanınmış üç marketə cərimə protokolu yazılıb.

 YeniAvropa xəbər verir ki,  “Bazarstore” MMC, “Araz supermarket” MMC və “Bizim market” MMC barələrində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.3-cü (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Məhkəmə iclaslarının vaxtı hələlik məlum deyil.