Prezident İlham Əliyevin fevralın 7-də “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Fərmanla Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxs statusu ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.
Sənədə əsasən, Azərbaycan prezidenti ilə razılaşdırmaqla, Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi, BNA-nın idarəetmə orqanlarının yaradılması, Agentliyin işçilərinin say həddinin təsdiqi və Bakı Nəqliyyat Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi Nazirlər Kabinetinə həvalə edilib.