Respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 97 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 58 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər həlak olub, 3 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatla bağlı 9 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 79 nəfər saxlanılıb.