MEDİA jurnalistləri təhqir edən deputatla bağlı bəyanat yaydı
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi(MEDİA) bəyanat yayıb.
YeniAvropa xəbər verir ki, bu barədə MEDİA-nın mətbuat xidmətindən bildiriblər.
Bəyanatda bildirilir ki, Azərbaycan dövləti cəmiyyət həyatında mühüm rol oynayan peşəkar medianın fəaliyyətini daim yüksək qiymətləndirib, onun inkişafına hərtərəfli dəstək göstərib.
Ölkəmizin informasiya mühitinin sağlamlaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi hazırkı dövrdə bəzi şəxslərin öz statusundan istifadə edərək media mənsublarına qarşı etik çərçivələrə sığmayan təhqir və ittihamedici ifadələrdən istifadə etməsi yolverilməzdir.
Plüralizm, söz azadlığı, hər hansı tənqidi media materialına cavab hüququ etik prinsiplərin pozulması və təhqir xarakterli ifadələr üçün əsas ola bilməz.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi vəzifəsindən və statusundan asılı olmayaraq hər kəsi öz peşəkar funksiyalarını yerinə yetirən media və jurnalistlərlə münasibətlərində daha təmkinli, məsuliyyətli olmağa və qarşılıqlı hörmət prinsiplərinə riayət etməyə çağırır.
Qeyd edək ki, Böyük Britaniyada korrupsiyada ittiham olunan deputat Cavanşir Feyziyev bir qrup azərbaycanlı jurnalisti - Rauf Arifoğlu, Eynulla Fətullayev, Xalid Kazımlı, Əvəz Zeynallı, Xədicə İsmayılova, Zaur Qəriboğlu, Elnur Məhərrəmli, Osman Gündüz, Sevinc Telman qızı və Azərbaycan vətəndaş cəmiyyətinin bir çox hörmətli nümayəndələrini təhqir edib. Deputat Böyük Britaniyada səs-küylü məhkəmə prosesini işıqlandıran jurnalistləri “reketçilər” və “Qərbin agentləri” adlandırıb.
Xatırladaq ki, Britaniyanın maliyyə müstəntiqləri deputat Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Böyük Britaniyadakı bank hesablarında olan 5,6 milyon funt sterlinqin müsadirə edilməsi üçün order əldə ediblər. Bu barədə Britaniyayın Milli Cinayət Agentliyi məlumat yayıb.
Geniş araşdırmadan sonra onun həyat yoldaşı Pərvanə Feyziyeva, oğlu Orxan və qardaşı oğlu Elmanın hesablarının dondurulması ilə bağlı 6 göstəriş verilib.
Nəticədə bank hesablarından ilkin olaraq dondurulmuş 15,3 milyon funt sterlinqdən təxminən 5,6 milyon funt sterlinq (7 milyon dollardan çox) müsadirə edilib.
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar