Ötən gün Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanların sayı açıqlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Füzuli rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Qeyd edilib ki, ilkin tibbi yardımdan sonra 16 nəfər Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.
Bundan əlavə, Füzuli rayon Mərkəzi Xəstəxanasında olan 5 nəfərin vəziyyəti stabildir.Onlar həkim nəzarəti altında müalicə olunurlar