Milli Məclisin rəhbərliyi deputat Feyziyevi cəzalandıracaqmı?
Milli Məclisin İntizam komissiyası deputat Cavanşir Feyziyevin məsələsinə baxa bilər.
YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İntizam кomissiyasının sədr müavini Fəzail Ağamalı deyib.
O, deputat Feyziyevlə jurnalistlər arasında yaranmış münasibətdən təəssüfləndiyini bildirib.
“Mən heç bir tərəfi günahlandırmaq və ya haqq qazandırmaq fikrində deyiləm. Həmkarımın Azərbaycanda tanınmış jurnalistlərlə bağlı səsləndirdiyi fikirləri qəbul etmirəm. Bunlar faktlara əsaslanaraq hadisələri özünəməxsus şəkildə işıqlandıran jurnalistlərdir. Onların kiminsə üçün işləməsi ilə bağlı iddiaları qəbul etmirəm. Bunlar elə jurnalistlər deyil. Belə bir vəziyyət yaranmamalı idi. Mən hər iki tərəfə müraciət edirəm və onları dayanmağa çağırıram”, - deyə F.Ağamalı bildirib.
Fəzail Ağamalı bu məsələyə İntizam кomissiyasında baxılacaqmı sualına cavab verməkdə çətinlik çəkib.
“Bu məsələnin İntizam кomissiyasında qaldırılması üçün həmin jurnalistlər hansısa formada parlamentə müraciət etməlidirlər. Bu müraciətdə səslənən təhqirlərə görə hüquqi əsaslar və izahatlar olmalıdır. Əgər parlament rəhbərliyi bu məsələnin İntizam кomissiyasında müzakirəsini tövsiyə edərsə, o zaman baxıla bilər”.
Bu arada, virtualaz.org-a daxil olan məlumata görə, təhqir olunmuş jurnalistlər deputat C.Feyziyevin əməlinə qiymət verilməsi xahişi ilə parlament rəhbərliyinə müraciət hazırlayırlar.
Qeyd edək ki, Böyük Britaniyada korrupsiyada ittiham olunan deputat Cavanşir Feyziyev bir qrup azərbaycanlı jurnalisti - Rauf Arifoğlu, Eynulla Fətullayev, Xalid Kazımlı, Əvəz Zeynallı, Xədicə İsmayılova, Zaur Qəriboğlu, Elnur Məhərrəmli, Osman Gündüz, Sevinc Telman qızı və Azərbaycan vətəndaş cəmiyyətinin bir çox hörmətli nümayəndələrini təhqir edib. Deputat Böyük Britaniyada səs-küylü məhkəmə prosesini işıqlandıran jurnalistləri “reketçilər” və “Qərbin agentləri” adlandırıb.
Xatırladaq ki, Britaniyanın maliyyə müstəntiqləri deputat Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Böyük Britaniyadakı bank hesablarında olan 5,6 milyon funt sterlinqin müsadirə edilməsi üçün order əldə ediblər. Bu barədə Britaniyayın Milli Cinayət Agentliyi məlumat yayıb.
Geniş araşdırmadan sonra onun həyat yoldaşı Pərvanə Feyziyeva, oğlu Orxan və qardaşı oğlu Elmanın hesablarının dondurulması ilə bağlı 6 göstəriş verilib.
Qeyd olunur ki, Feyziyevlər çirkli pullarının “yuyulmasında” Estoniya və Latviyada saxta şirkətlərdən istifadə edirdi. Bu köçürmələrin bəziləri qanuni və çox böyük biznes əməliyyatlarını sübut edən sənədlər, o cümlədən hesab-fakturalar və müqavilələrlə müşayiət olunurdu.
Vestminster Magistrat Məhkəməsində üç həftə ərzində keçirilən dinləmələrdən sonra, Dairə Hakimi Con Zani sənədlərin tamamilə saxta olduğuna və onların çirkli pulların yuyulması fəaliyyətlərini ört-basdır etmək üçün istifadə olunmasına dair “çoxlu sübutların olduğu” qənaətinə gəlib.
Hakim öz qərarında bildirib ki, təqdim edilmiş sübutları diqqətlə araşdıraraq, o, çirkli pulların yuyulması üzrə iri sxeminin mövcud olduğuna tam əmin olub.
Nəticədə bank hesablarından ilkin olaraq dondurulmuş 15,3 milyon funt sterlinqdən təxminən 5,6 milyon funt sterlinq (7 milyon dollardan çox) müsadirə edilib.
“Bu, yuyulmuş pulların əhəmiyyətli dərəcədə müsadirəsidir və uğurumuz bu sxemlərdən istifadə edən hər kəs üçün riski vurğulayır. Biz ilkin cinayət fəaliyyətinin dəqiq mahiyyətini sübut etmədən həmin milyonları geri ala bildik. Böyük Britaniyaya qeyri-qanuni daxil olan pullarla mübarizə aparmaq üçün mülki səlahiyyətlərdən istifadə etməyə davam edəcəyik”, - deyə Milli Cinayət Agentliyinin şöbə rəhbəri Endi Lyuis vurğulayıb.
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar