logo

Vilayət Eyvazov general Mirqafar Seyidovu təqaüdə göndərdi

10:50 06-02-2022 | icon 1869
Vilayət Eyvazov general Mirqafar Seyidovu təqaüdə göndərdi

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Nəqliyyatda Baş Polis İdarəsinin rəisi polis general-mayoru Mirqafar Seyidovu təqaüdə göndərib.

YeniAvropa xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirin əmri ilə general-mayor Mirqafar Seyidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Qeyd edək ki, Seyidov Mirqafar Mircəfər oğlu 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. 40 yaşında- 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 

1989-cu ildə daxili işlər orqanlarında xidmətə başlayıb, cinayət axtarışı strukturlarında müxtəlif vəzifələrdə işləyib.

2005-2007-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Miqrasiya Xidmətinin rəis müavini, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, DİN Daxili Təhlükəsizlik İdarəsinin rəisi, 2007-2014-cü illərdə isə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifələrində işləyib.

Mirqafar Seyidov 2014-2021-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.