Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, Cinayət Məcəlləsinin 177.2.2-ci, 326.2-ci və 66.2-ci maddələri ilə təqsirli bilinərək dörd il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Anar Axundova Göygöl şəhər sakini Ayaz Əliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı oradakı hamam süngərinin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 10,322 qram olan heroin və ümumi çəkisi 2,532 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.