Binəqədi və Sulutəpənin bəzi ərazilərində su kəsiləcək.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib.
Qeyd edilib ki, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar fevralın 5-də gün ərzində Binəqədi rayonu Xocasən və Sulutəpə qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.