logo

Biləcəridə karton zavodunda fəhlənin ölməsi ilə bağlı cinayət işi açılıb

11:11 05-02-2022 | icon 2212
Biləcəridə karton zavodunda fəhlənin ölməsi ilə bağlı cinayət işi açılıb

Fevralın 4-ü saat 16 radələrində paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən “Kartpak” MMC-yə məxsus karton zavodda fəhlə işləyən 1957-ci il təvəllüdlü Məlikməmməd Ağayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatına görə, aparılmış̧ araşdırmalarla müəyyənləşdirilib ki, Məlikməmməd Ağayev zavodda yerdən 2,5 metr hündürlükdəki kartonları pilləkənin üzərinə çıxıb yerə düşürən zaman yıxılaraq baş nahiyəsindən almış olduğu xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.