Cari ilin yanvarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlirlər 149 milyon 899 min ABŞ dolları olub.
YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd olunub ki, o cümlədən yanvarda Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından gəlirləri 22 milyon 172 min dollar təşkil edib.
2007-ci ildən cari il fevralın 1-dək isə fondun “Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri 4 milyard 701 milyon dollar olub.