logo

Neft Fondu ötən ay “Azəri-Çıraq-Günəşli”dən 683 milyon $ qazanıb

14:34 04-02-2022 | icon 2947
Neft Fondu ötən ay “Azəri-Çıraq-Günəşli”dən 683 milyon $ qazanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində yanvar ayında 683 milyon 114 min ABŞ dolları gəlir əldə edib.

YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Qeyd edək ki, 2001-ci ildən etibarən Neft Fondunun indiyədək "AÇG" layihəsi üzrə gəliri 156 milyard 56 milyon dollar olub.