logo

Qara maskalı polislər Rasim Məmmədovu yaxaladı

13:31 04-02-2022 | icon 1813
Qara maskalı polislər Rasim Məmmədovu yaxaladı

Özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədov Sumqayıtda keçirilən xüsusi əməliyyatla saxlanılıb.

 

YeniAvropa xəbər verir ki, qara maskalı polislərin onu necə yaxaladığına dair görüntülər KİV-də yayımlanıb. 

Bildirilir ki, Rasim Məmmədov bir neçə vətəndaşın şikayəti əsasında saxlanılıb, şikayətlərin məzmunu haqda məlumat yoxdur. Amma ehtimal etmək olar ki, söhbət dələduzluq barədə şikayətlərdən gedir. Çünki Rasim Məmmədov özünü “ictimai nəzarətçi” kimi təqdim edərək ən müxtəlif qalmaqalları “həll etməklə”, dələduzluq və reketlik fəaliyyəti ilə məşğul idi. 

 

Onun bacısı Nailə Məmmədova isə Bakının Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbin direktoru olub. N.Məmmədova ona sərt karantin günlərində evində çoxsaylı qonaqların iştirakı ilə ad günü məclisi keçirmişdi və bu məclisdən video sosial şəbəkələrdə yayılmışdı. 

Və bu video ilə bağlı ona  zəng vuran jurnalisti təhqir edən səs yazısına görə qalmaqalın qəhrəmanına çevrilmişdi. Sonradan o, direktor vəzifəsindən uzaqlaşdırıldı./Musavat.com