“Bees Airline” aşağı büdcəli aviaşirkəti bu ilin yayından Kiyevdən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə uçuşlar həyata keçirməyi planlaşdırır.
YeniAvropa xəbər verir ki, bu barədə şirkətin kommersiya direktoru Aleksandr Djidjor məlumat verib.
Aşağı büdcəli aviaşirkət hələ bilet satışına başlamasa da, Ukrayna Dövlət Aviasiya Administrasiyasından Kiyevdən Gəncəyə həftədə iki dəfə müntəzəm uçuşlar həyata keçirmək hüququnu alıb.
Kiyev-Gəncə-Kiyev aviaşirkətin Azərbaycana ikinci reysi olacaq. Belə ki, “Bees Airline” artıq Gəncəyə Odessadan uçuşlar həyata keçirir. Kiyevdən uçuşlara başladıqdan sonra isə bu marşrutu dayandırmaq niyyətindədir.