Zakir Sultanov Əbülfəs Qarayevə verdiyi pulun miqdarı bəlli oldu
Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun məhkəmədə verdiyi ifadələr açıqlanıb.
YeniAvropa xəbər verir ki, Zakir Sultanovun sözlərinə görə, mənimsənilən pulların çoxunu o, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevə verib.
Hətta məhkəmə dövründə də Z.Sultanov dəfələrlə Ə.Qarayevin məhkəməyə dəvət olunaraq ifadə verməsini tələb edib.
Lakin onun vəsatətləri təmin edilməyib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Zakir Sultanov bildirib ki, 2006-cı ildə Əbülfəs Qarayevin təklifi ilə vəzifəyə gətirilib. O, Ə.Qarayevlə şəxsən 2005-ci ildə tanış olduğunu qeyd edib. Rəis olduğu dövrdə vəzifəsi tikinti aparılan layihələrə nəzarət funksiyasını həyata keçirmək olub. Layihələrin maliyyə hissəsinə qarışmayıb, həmin vəzifədə 2014-cü ilin dekabr ayına kimi xidmət edib. 2014-cü ilin dekabr ayında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaranıb və həmin xidmətin rəisi vəzifəsinə təyin edilib: “2015-2020-ci illər ərzində Mədəniyyət Nazirliyində çoxlu sayda tender layihələri keçirilib. Rəis olduğum xidmətdə Mədəniyyət Nazirliyinin bir neçə layihəsinə nəzarət etmişəm. 2015-ci ildən sonra isə rəisi olduğum xidmətin adından da bir neçə şirkətlə tender müqavilələri bağlamışam. Nazirin tapşırığı ilə onun tanışı olan Şamxalın Mədəniyyət Nazirliyinin tenderində iştirakını və qalib gəlməsini təşkil etmişəm. Əvəzində isə Şamxalla aramızdakı razılığa əsasən onun hesabına müqavilədə nəzərdə tutulmuş məbləğ köçürüldükdən sonra 18 faiz ƏDV çıxılmaqla ümumi məbləğin 20 faizi "otkat" şəklində mənə geri qaytarılmalı idi.
2018-ci ildə bağlanmış müqavilə üzrə bizə geri qaytarılan pul ümumilikdə 900 000 manat idi. Həmin puldan 700 min manat hissəsini sabiq Mədəniyyət nazirinin göstərişi ilə ona xidməti otağında vermişəm, 200 min manat pulu özümə götürmüşəm. Bozalqanlı adına Aşıq Sənəti Dövlət Muzeyinin təmir-tikintisi ilə əlaqədar bağlanmış müqaviləyə əsasən 533 000 manat, həmçinin Tovuz rayonu Mədəniyyət evinin təmir-tikintisi ilə əlaqədar bağlanmış müqaviləyə əsasən 2020-ci ildə 218 min manat pul alınıb. Ümumilikdə alınan 751 min manat pulun 600 min manat hissəsini Əbülfəs Qarayevin göstərişi ilə xidməti otağında ona təhvil vermişəm. 151 min manat pulu isə özümə götürmüşəm. Masallı rayon Mədəniyyət evində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə layihədən 300 min manat pul qalıb. Həmin pulun 240 min manat hissəsini sabiq Mədəniyyət nazirinin göstərişi ilə ona vermişəm, 60 min manat pulu özümə götürmüşəm. Lənkəran rayonu Mirəhməd xanın evində təmir işlərinin keçirilməsi ilə əlaqədar 2011-ci ildə bağlanmış müqaviləyə 200 min manat pul alınıb. Həmin pulun da 160 min manatını sabiq Mədəniyyət nazirinə vermişəm. Bərdə şəhərində “Allah-Allah” türbəsinin təmir-bərpası ilə əlaqədar 2012-ci ildə bağlanmış müqaviləyə əsasən 5 il ərzində ümumilikdə 450 min manat pul alınıb. Həmin pulun da 360 min manatını Əbülfəs Qarayevə vermişəm, 90 min manatını isə özümə götürmüşəm.
Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhərində Azərbaycanla bağlı yeni binasının tikintisi ilə bağlı layihə üzrə gələn 255 min 950 manat puldan Əbülfəs Qarayevə 200 min manat pul vermişəm. Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən 11 nömrəli musiqi məktəbinin tikintisinin keçirilməsi ilə əlaqədar 80 min manat pul almışam, həmin puldan 60 min manatını Əbülfəs Qarayevə vermişəm. Bunlardan başqa daha bir böyük layihədən gələn 240 min manat pulun da 192 min manatını Əbülfəs Qarayevə təqdim etmişəm”.
Qeyd edək ki, Z.Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Z.Sultanov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib