Azərbaycanlə Qazaxıstan arasında dini-mənəvi əlaqələr müzakirə edilib
Fevralın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov ilə görüşüb.
Qafqaz Müsəlmanları İdarəsindən YeniAvropa-ya bildirilib ki,şeyxülislam Allahşükür Paşazadə dost, qardaş ölkə olan Qazaxıstanda baş vermiş son hadisələr zamanı həyatını itirmiş vətəndaşlarla bağlı başsağlığı verib, mərhumların ruhları üçün dua edib. Qazaxıstanın Baş Müftisinə başsağlığı məktubu yönləndirdiyini bildirən şeyxülislam Allahşükür Paşazadə qazax xalqına ən xoş arzularını diləyib, Qazaxıstan dövlətçiliyinin bu imtahandan daha da güclənmiş çıxacağına əminliyini ifadə edib.
Görüşdə Qazaxıstanla Azərbaycan arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirən QMİ sədri Türk Dövlətləri Birliyi çərçivəsində qardaş xalqlarımız və dövlətlərimiz arasında bütün sahələrdə, o cümlədən dini-mənəvi əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açılması barədə fikir mübadiləsi aparıb.
A. Paşazadə qeyd edib ki, bu birlik çərçivəsində türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi naminə təşkilati müstəvidə yeni addımlar atılması məqsədəuyğundur. Qazaxıstan dövlətinin türk dünyasında mühüm rolunu qeyd edən şeyxülislam A. Paşazadə qardaş xalqlarımız və dövlətlərimizin mənafelərinə xidmət baxımından, ortaq dini-mədəni dəyərlərin qorunub saxlanılması, türk-İslam irsinin, milli ənənələrin qorunub inkişaf etdirilməsi üçün əhəmiyyət kəsb edən belə bir formatın yaradılmasını dövrün tələbi kimi dəyərləndirib.
Qazaxıstanlı səfir S.Abdıkarimov müasir dünyada dini liderlərin rolunu xüsusi vurğulayaraq bildirib ki, şeyxülislam Allahşükür Paşazadə kimi nüfuzlu, ağsaqqal dini liderlərə cəmiyyətin böyük ehtiyacı var. Səfir bu əsnada şeyxülislam A. Paşazadənin bu yaxınlarda uğurlu Vatikan səfəri ilə maraqlanıb. QMİ sədri söyləyib ki, dinlərarası dialoq müstəvisində, müsəlman-xristian əlaqələri tarixində önəm kəsb edən səfər Müqəddəs Taxt-Tacla Azərbaycan arasında, İslam dünyası ilə əlaqələrin inkişafına öz töhfəsini vermək, yeni imkanlar açmaq baxımından həqiqətən də uğurlu və perspektivli olub. A. Paşazadə qeyd edib ki, Vatikandakı görüşlərdə Mərkəzi Asiya ölkələri ilə əlaqələrdə maraqlı olduqları və münasibətlərin qurulmasında QMİ-nin bu regiondakı nüfuzundan yararlanmaq istəkləri vurğulanıb.
Görüşdə dinlərarası əməkdaşlıq, dinlərarası və mədəniyyətlərarası dialoq ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şeyxülislam A.Paşazadə Azərbaycan və Qazaxıstanda bu sahədə dövlət səviyyəsində irəli sürülən qlobal təşəbbüslərin böyük əhəmiyyətindən danışıb. Səmimi söhbət zamanı QMİ sədri şeyxülislam A.Paşazadə 19 illik tarixə malik Dünya və ənənəvi din liderlərinin Qurultayının ardıcıl iştirakçısı olduğunu xatırladaraq bu ilin sentyabrında keçiriləcək növbəti Qurultayda da iştirak edəcəyini, bu qlobal forumun böyük əhəmiyyət daşıdığını qeyd edib.
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib