logo

Bulvarda intihar: qız özünü dənizə atdı

19:10 03-02-2022 | icon 1764
Bulvarda intihar: qız özünü dənizə atdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

 YeniAvropa xəbər verir ki, bu barədə  FHN-dən bildirilib. 

Qeyd edilir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupunun qüvvələri cəlb edilib. Həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində intihar məqsədilə özünü dənizə atmış Aytən Vasif qızı Fərzəlizadə dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən xilas edilərək, ilkin yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib.