logo

Sinoptiklərdən güclü külək və qar xəbərdarlığı

16:59 03-02-2022 | icon 1946
Sinoptiklərdən güclü külək və qar xəbərdarlığı

Bakıda və Abşeron yarımadasında fevralın 5-də havanın arabir yağıntılı olacağı, şimal-qərb küləyinin arabir 15-20 m/s, səhər və gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

 YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin gözlənilən hava şəraiti haqqında yaydığı məlumatda bildirilib

Qeyd olunub ki, havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enəcək.

Azərbaycanın rayonlarında fevralın 4-ü axşam qərb rayonlarından başlayaraq 6-sı səhərədək bəzi rayonlarda hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Yağıntıların əsasən Böyük Qafqazın Quba-Qusar bölgəsində, Şərqi Zəngəzur, Qarabağ və Daşkəsən-Gədəbəy zonasında intensiv olacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.