Fevralın 3-də Avropa Şurasının Azərbaycandakı Ofisinin rəhbəri, səfir Zoltan Hernyeş Medianın İnkişafı Agentliyində (MEDİA) olub.
MEDİA-nın mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, agentliyin icraçı direktoru Əhməd İsmayılov qonaqlara ölkədə media islahatlarının gedişi və “Media haqqında qanun” barədə məlumat verib. Həmçinin görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.