Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına dəstək verməyə hazırdır.
YeniAvropa xəbər verir ki, bunu Bakıda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasında çıxışı zamanı deyib.
“Macarıstan həmişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyib, beynəlxalq təzyiqlərə baxmayaraq obyektiv mövqeyi olub”, - deyə P.Siyarto vurğulayıb.
Nazir həmçinin əlavə edib ki, iki ölkə arasında iqtisadi əlaqələr inkişaf edir: "Macarıstanın “Exim Bank”ı Azərbaycana 120 milyon ABŞ dolları məbləğində kredit xətti açıb, iri şirkətlərimiz Azərbaycan iqtisadiyyatına sərmayə qoyublar, o cümlədən neft yataqlarının işlənməsində iştirak ediblər".