logo

Bakıda gənc qız itkin düşüb

11:11 03-02-2022 | icon 1757
Bakıda gənc qız itkin düşüb

Bakıda 18 yaşlı qız itkin düşüb.

 YeniAvropa xəbər verir ki, bu barədə Yasamal rayon Polis İdarəsindən bildirilib.

Qeyd edilib ki, paytaxtın Yasamal rayonu, D. Bünyadzadə küçəsində yaşayan, 2004-cü il təvəllüdlü Leyla Nurəliyeva yanvarın 31-də saat 20 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində araşdırma aparılır.