Bakıda Azərbaycan-Macarıstan hökumətlərarası komissiyanın 8-ci iclası keçirilib
Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası keçirilib.
YeniAvropa xəbər verir ki, iclasda iştirak etmək üçün Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə P.Siyartonun təkbətək görüşündə ikitərəfli əməkdaşlıq məsələlərinə, Komissiyanın iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda S.Babayev Azərbaycanla Macarıstan arasında əlaqələrin ildən-ilə inkişaf etdiyini, iki ölkənin dövlət başçıları tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin əməkdaşlığın dərinləşməsində xüsusi rolunu vurğulayıb.
O, Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfəri diqqətə çatdırıb. Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan böyük quruculuq işləri barədə məlumat verib. S.Babayev Macarıstan şirkətlərinin həmin quruculuq işlərində iştiraka maraq göstərmələrinin məmnunluq doğurduğunu qeyd edib.
Ölkəmizdə əldə olunan sosial-iqtisadi nailiyyətləri diqqətə çatdıran S.Babayev bu gün ölkəmizdə bir çox macar şirkətlərinin uğurlu fəaliyyətini diqqətə çatdırıb. Ötən dövrdə Bakı və Budapeştdə keçirilən biznes-forum, işgüzar görüş, digər tədbirlərin, habelə 2019-cu ildə Budapeştdə Azərbaycan Evinin açılmasının və s. əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın fəaliyyətinin əməkdaşlıq əlaqələrinin genişlənməsində əhəmiyyəti qeyd edilib. Komissiyanın bugünkü iclasının, həmçinin iclas çərçivəsində təşkil olunan Azərbaycan-Macarıstan biznes-forumunun da bu istiqamətdə uğurlu nəticələr verəcəyinə əminlik ifadə edilib.
P.Siyarto ölkəsinin Azərbaycanla dost münasibətləri əsasında strateji tərəfdaşlığından bəhs edib, ölkələrimiz arasında əlaqələrin daim genişlənməkdə olduğunu bildirib. Hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin də iştirak etdiyi iclasda Azərbaycanla Macarıstan arasında iqtisadi sahədə gələcək istiqamətlərə dair müzakirələr aparılıb.
Daha sonra ikitərəfli əməkdaşlığa aid sənədlər imzalanıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev ilə Macarıstan tərəfinin aidiyyəti rəsmiləri ikitərəfli əməkdaşlığa dair sənədləri imzalayıblar.
Həmçinin Komissiyanın həmsədrləri S.Babayev və P.Siyarto tərəfindən Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclasının yekunlarına dair Protokol imzalanıb.
Sonra Azərbaycan və Macarıstan arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə S.Babayevin Macarıstan Respublikasının “Ləyaqət” Ordeni ilə təltif edildiyi bildirilib və P.Siyarto ordeni S.Babayevə təqdim edib.
Komissiyanın həmsədrləri mətbuat üçün brifinq keçirərək Komissiyanın bu iclasının və imzalanan sənədlərin Azərbaycan və Macarıstanın əməkdaşlıq əlaqələrinin inkişafında önəmli rol oynayacağına ümidvar olduqlarını qeyd ediblər.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb