logo

Azərbaycan nefti 93,65 dollara satılır

10:10 03-02-2022 | icon 3101
Azərbaycan nefti 93,65 dollara satılır

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

 

YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,09 dollar azalaraq 93,65 dollar olub.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il oktyabrın 2-də 94 dollardan baha (96,65) satılıb.

Son üç ildə isə Azərbaycan neftinin maksimum satış qiyməti bu il fevralın 2-də qeydə alınıb- neftin 1 bareli 94, 74 ABŞ dollarına satılıb.  

Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil edib.