Fevralın 2-də Neft İxrac Edən Ölkələr Təşkilatının(OPEC) və qeyri-OPEC (OPEC+) nazirlərinin 25-ci iclası keçirilib.
YeniAvropa xəbər verir ki, videoformatda keçirilən iclasda cari neft bazarının əsasları və perspektivlərilə bağlı konsensus nəzərə alınmaqla, istehsalçı ölkələr istehsalın artırılması ilə bağlı qərar qəbul ediblər.
Qərara əsasən, 18 iyul 2021-ci ildə keçirilən iclasda təsdiq edilmiş hasilatın tənzimlənməsi planı və aylıq hasilatın tənzimlənməsi mexanizmini təsdiq edərək, əlavə edilmiş cədvələ uyğun olaraq, 2022-ci ilin mart ayı üçün aylıq ümumi hasilatın gündəlik 0,4 milyon barel artırılması qərarı təsdiqlənib.