logo

İctimai yerlərdə daha 15 koronavirus xəstəsi saxlanıldı

09:29 03-02-2022 | icon 1449
İctimai yerlərdə daha 15 koronavirus xəstəsi saxlanıldı

Fevralın 2-də polis əməkdaşları tərəfindən respublika ərazisində 15 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

YeniAvropa xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları "COVID-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində cinayət işi başlanılıb.