logo

QHT-lərə dövlət Dəstəyi Agentliyinin növbəti iclası keçirilib

20:20 02-02-2022 | icon 1715
QHT-lərə dövlət Dəstəyi Agentliyinin növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılması Qaydası”nın icrasını təmin etmək məqsədilə Müşahidə Şurasının üzvlərindən və Agentliyin əməkdaşlarından ibarət yaradılmış rəy komissiyası fəaliyyətini davam etdirir.

Agentlikdən YeniAvropa-ya bildirilib ki, rəy komissiyasının fevralın 2-də keçirilən növbəti iclasında Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müsabiqələrə və qrant vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulan mövzulara dair təqdim edilən müraciətlər nəzərdən keçirilib. Müzakirələrin nəticələri barədə qərarlar aidiyyəti üzrə təqdim olunub.