logo

Bakıda uşağa şprislə işgəncə verən dayə polisə çağırıldı

19:29 02-02-2022 | icon 1981
Bakıda uşağa şprislə işgəncə verən dayə polisə çağırıldı

"Bakıda uşağa iynə vuran dayə polisə çağırılıb".

 

 YeniAvropa xəbər verir ki, bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov deyib.

O bildirib ki, hadisə ilə bağlı azyaşlıların valideynləri ərazi üzrə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə ərizə ilə müraciət ediblər: "Ərizə əsasında həmin dayə Polis Şöbəsinə dəvət olunub və onun izahatı alınıb. Hadisə ilə bağlı müvafiq təhqiqat araşdırmaları aparılandan sonra dayənin etdiyi əmələ hüquqi qiymət veriləcək".

 

Qeyd edək ki, ötən gün sosial şəbəkədə dayənin azyaşlıya şpris batırmasını əks etdirən görüntülər yayılmışdı.