logo

Tovuz şəhəri Azərbaycanın yeni “Gənclər Paytaxtı” elan edilib

17:12 02-02-2022 | icon 1750
Tovuz şəhəri Azərbaycanın yeni “Gənclər Paytaxtı” elan edilib

Fevralın 2-də keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Forumda Tovuz şəhəri yeni “Gənclər Paytaxtı” elan edilib.

YeniAvropa xəbər verir ki, 2012-ci ildən başlayaraq hər il paytaxt Bakı şəhəri istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri “Gənclər Paytaxtı” elan olunur.

Qeyd edək ki, bu günə qədər Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı, Masallı, Göygöl Azərbaycanın “Gənclər Paytaxtı” seçilib.