BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçib.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya təşkilatın Nyu-Yorkdakı Baş qərargahında keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, fevral ayında Rusiya beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasına sədrlik edəcək.
V.Nebenzya sədr ölkə olaraq, BMT-nin bir ay ərzindəki iş planını da açıqlayıb.