logo

Bakıda 4 yaşlı qız öldürüb meyitini quyuya atdılar

18:14 01-02-2022 | icon 1708
Bakıda 4 yaşlı qız öldürüb meyitini quyuya atdılar

Yanvarın 31-də Bakı şəhər Qala qəsəbəsində dərinliyi təxminən 10 metr olan quyudan 4 yaşlı qızın meyiti tapılıb.

YeniAvropa xəbər verir ki, aparılan araşdırmalar nəticəsində 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin öldürüldüyü və daha sonra həmin quyuya atıldığı üzə çıxıb.

Belə ki, onun atası yanvarın 23-də qızının itkin düşməsi barədə polisə məlumat verib.

Məlumata görə, uşağın anası bir müddət əvvəl həyat yoldaşını ataraq evdən gedib. Bundan sonra T.Hüseynli 2018-ci il təvəllüdlü qızını özü saxlamağa başlayıb. Yanvarın 22-də isə o, övladını qonşuluqda yaşayan ailəyə verərək gedib. Günün sonunadək geri qayıtmayan T.Hüseynli yanvarın 23-də geri qayıdıb və qonşudan uşağı istəyib. Qonşuluqda yaşayan şəxs isə uşağın onlarda olmadığını deyib. Bundan sonra T.Hüseyn Məryəmin itkin düşməsi ilə bağlı polisə müraciət edib. Aparılan araşdırmalar nəticəsində 4 yaşlı qızın həmin evdən çıxmadığı, gecəni qonşunun evində olduğu məlum olub. Daha sonra uşağın öldürülərək həyətdəki su quyusuna atıldığı məlum olub dərhal əraziyə FHN xilasediciləri cəlb edilib. Quyuya baxış keçirilərkən məlum olub ki, azyaşlının meyiti 10 metr dərinlikli quyuya atıldıqdan sonra izi itirmək məqsədilə üzərinə qum və daha sonra mişar daşı tökülüb.

Xilasedicilər 4 yaşlı qızın meyitini dərinlikdən çıxararaq aidiyəti üzrə təhvil veriblər.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bldirilib ki, faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Zərərçəkmişin qonşusu, 1990-cı il təvəllüdlü Mehman Mansurov şübhəli şəxs qismində saxlanılıb.