logo

Balakəndə Bayraq meydanında 11  ağacı kəsdilər

17:11 01-02-2022 | icon 1736
Balakəndə Bayraq meydanında 11  ağacı kəsdilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Balakəndə Bayraq meydanının Muzey binasının arxasında, parkın ərazisindəki çoxillik ağacların kəsilməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

 YeniAvropa xəbər verir ki, bu barədə Xidmət rəisi Hikmət Əlizadə “Ekspert saatı”nda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, ərazidə qovaq cinsindən olan 11 ağacın kəsilməsi faktı həqiqəti əks etdirmir: “Ağacların halqavari qabığı soyulub, bu da həmin ağacların gələcək inkişafını dayandırır. Bunun qəsdən edildiyi məlum olub. Təbiətə dəyən ziyanın məbləği 35 min manatdan çoxdur. Bu da cinayət tərkiblidir".

H.Əlizadə deyib ki, ərazi şəhər icra nümayəndəliyinin tabeliyindədir.

"İzahatlar alınacaq və sənədlər toplanaraq yaxın zamanlarda prokurorluq orqanlarına təqdim ediləcək”, -deyə Hikmət Əlizadə bildirib.